AZ

“Torqovı”dakı yanğın nəzarət altına alındı – Video + Yenilənib


Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasının taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
“Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək”.


***11:55
Paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində (keçmiş “Torqovı”) ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu abrədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub:
“Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək”.
Seçilən
12
4
yeniavaz.com

8Mənbələr