AZ

Dəyişiklik sayəsində uzun və qısa sığorta stajı olan işçilər arasında fərq aradan qalxacaq Hüquqşünas

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Məlum olduğu kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev deyib.

O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət tam şəkildə ödənilirmirdi. Çünki orada sığorta stajı tələbi var idi: “Yeni dəyişikliyə əsasən, sığorta stajı və ya hər hansı statusdan aslı olmayaraq, müavinətin məbləği vətəndaşa tam şəkildə - 100 faiz ödəniləcək”. 

Mövzuya münasibət bildirən "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov 525.az-a deyib ki, bu qərarın dəyişdirilməsi sayəsində uzun və qısa sığorta stajı olan işçilər arasında fərq aradan qalxacaq. Eyni zamanda xəstəlik dövründəki gəlir itkisi tam kompensasiya ediləcək.

Dəyişikliyə qədər qanunvericilikdə sözügedən müavinətin tam şəkildə ödənilməsi hər kəsə şamil olunmurdu:

“Əvvəllər belə bir sxem var idi ki, sığorta stajından asılı olaraq müavinət 60 faiz, 80 faiz və 100 faizə qədər hesablanırdı. İndi qaydaların 2.16-cı bəndinə əsasən, bu, 100 faiz həcmində bütün sığorta olunanlar üçün ödəniləcək. Qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət azı 6 ay iş stajı olan şəxslərə şamil edilir. Müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 gününə görə müavinət işəgötürənin vəsaiti hesabına ödənilir. 14 gündən çox olan hissəyə görə ödənişi Dövlət Sosial Müdafiə Fondu qarşılayır”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
525.az

1Mənbələr