Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu barədə ABŞ-nin "CNN" telekanalının Cenevrədəki müxbiri Heyli Britski öz mənbələrinə istinadən məlumat yayıb. O həmçinin bildirib ki, Ağ Ev danışıqlar istiqamətində nikbinliyini qoruyur, münaqişənin həllini səbirsizliklə gözləyir.

Rusiya-ABŞ-Ukrayna heyətlərinin Cenevrə görüşü başlayır
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Moskva və Kiyevin Vaşinqtonun vasitəçiliyi ilə danışıqlarının növbəti mərhələsi bu gün İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Görüşə Rusiyanın nümayəndə heyəti Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində qoşulacaq. ABŞ tərəfindən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin iştirakı gözlənilir. Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib. Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.