Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sülh Şurası müəyyən hallarda BMT ilə qarşılıqlı əlaqədə olacaq.
Ölkə.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Düşünürəm ki, onlar (BMT) bizə bir az kömək edə bilərlər. Dünyanın ən böyük liderləri Sülh
Şurasına qoşulur və biz BMT ilə ayrıca məsələlərdə əməkdaşlıq edəcəyik", - Tramp qeyd edib.
Ağ Ev rəhbəri iki təşkilatın hansı məsələlərdə əməkdaşlıq etməyi planlaşdırdığını dəqiqləşdirməyib.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bir müddət əvvəl dünya təşkilatının nümayəndələrinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılan Sülh Şurasının iclasında iştirak etmək üçün dəvət almadıqlarını bildirib. Dujarrik əlavə etmişdi ki, BMT öz fəaliyyətini əsasən Sülh Şurası ilə Yaxın Şərq üzrə xüsusi koordinator müavini Ramiz Ələkbərov vasitəsilə əlaqələndirməyi planlaşdırır.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini 19 ölkənin nümayəndələri imzalayib. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu açıqlayıb. Sülh Şurası İsrail və HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdəki münaqişələrin qarşısını almaq və həll etmək üçün də çalışacağı gözlənilir.
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.