UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda baş tutacaq "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçına 27 500 bilet satılıb.
Publika.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.