AZ

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Bakıda “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026” təlim kursu keçirilir.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan kursda əvvəlcə iştirakçılara mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumat verilib.
 
Beynəlxalq hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu kursun əsas məqsədi birgə təlimlər zamanı qarşılıqlı fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsidir.
 
Qeyd edək ki, təlim kursunda ölkəmizdən 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər iştirak edir.
Seçilən
15
24
moderator.az

10Mənbələr