AZ

AFFA nümayəndəsi "Sparta"nın matçında

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Austriya” (Avstriya) – “Sparta” (Çexiya) matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən “Franz-Horr” stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

saytlarin hazirlanmasi

Seçilən
9
12
sportal.az

10Mənbələr