AZ

Daha çox maarifləndirmə və təşviqedici tədbirlərə ehtiyac var İqtisadçı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Məlum olduğu kimi, ictimai yerlərdə elektron siqaretlərdən istifadə edənlər cərimə olunacaq. Bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə təklif edilən qanun layihəsində yer alıb. Layihəyə əsasən, nəzərdə tutulan yerlər istisna olmaqla, qadağan edilmiş digər yerlərdə elektron siqaretlərdən istifadəyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulub. Elektron siqaretlər bütün dünyada son dövrlərdə formalaşan genişmiqyaslı trend hesab olunmur. Bunun əsas səbəblərindən biri onların sağlamlıq üçün daha zərərli olması ilə bağlı artan narahatlıqlardır. Artıq bu məhsullara öyrəşmiş və asılılıq formalaşmış insanlar mövcuddur. Onlar qadağa tətbiq olunmayan ölkələrə səfər etdikdə, elektron siqaretləri şəxsi istifadələri üçün alıb gətirəcəklər. Bu baxımdan, təkcə qadağalarla bu tip problemlərin həlli olduqca çətindir".

Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib. O vurğulayıb ki, siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunması ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək:

"Daha çox maarifləndirmə və təşviqedici tədbirlərə ehtiyac var. Xüsusilə gənclər və uşaqlar diqqət mərkəzində olmalıdırlar. Məktəblərdə bu məhsulların zərərləri ilə bağlı daha geniş məlumatlandırma aparılmalıdır. Bu yanaşma vətəndaşların erkən yaşlardan fəsadlar barədə məlumatlı olmasına kömək edə bilər ".

Sevinc Qarayeva

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
525.az

1Mənbələr