AZ

Elektron siqaret qadağan ediləcək? “Qaçaqmal artacaq”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. 

Bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq. 

İstehlakçı hüquqları üzrə ekspert Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, elektron siqaretlər də digər tütün məmulatları kimi təhlükəlidir: 

“Sadəcə  əhali aldadılır ki, güya elektron siqaretlər vasitəsilə siqareti tərgidirlər. Bu söhbət kökündən səhvdir”. Ekspert bildirib ki, elektron siqaretlərin ölkəyə idxalı qadağan olunacağı təqdirdə ölkədə qaçaqmal elektron siqaretlər artacaq: 

“Ona görə də Dövlət Gömrük Komitəsi bu istiqamətdə elə tədbir görməlidir ki, daha təhlükəli, mənşəyi məlum olmayan elektron siqaretlər bazara daxil olmasın. Bu səbəbdən elektron siqaretlərin qiyməti bahalaşacaq. 

İnsanlar bu məmulatlardan uzaq olmalıdırlar, bu, “məişət narkomaniyası”dır. Elektron siqaretlərdən ictimai yerlərdə istifadəsi ilə bağlı cərimənin tətbiq olunması bu siqaretlərdən istifadəni azaldacaq”. 

Ekspert qeyd edir ki, bu siyasəti həyata keçirən dövlət orqanları kütləvi informasiya vasitələri ilə əhalinin maariflənməsi və bu növ pis vərdişlərdən uzaq olması istiqamətində çox ciddi işlər görməlidir. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr