AZ

"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var

Bakıda binada başlayan güclü yanğının söndürülməsi istiqamətində işlər aparılır.

BAKU.WS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda FHN-in əməkdaşları yanan binaya müdaxilə edir.

Hadisə nəticəsində evdə olan bir nəfər qadın yanıq xəsarəti alıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Seçilən
24
1
far.az

2Mənbələr