ABŞ Prezidenti Donald Trump NBC telekanalının tanınmış aparıcısı Savannah Guthrienin 84 yaşlı anası Nensi Qatrinin oğurlanması ilə bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp “New York Post” nəşrinə müsahibəsində qaçırılma hadisəsini törədən şəxsləri “ciddi” federal cəzaların gözlədiyini bildirib.
O, sərt bəyanatla çıxış edərək qeyd edib ki, əgər yaşlı qadın ölü tapılarsa, təqsirkarlar federal səviyyədə ölüm cəzası ilə mühakimə oluna bilərlər.
Ədliyyə Nazirliyinin belə bir halda ölüm hökmü tələb edib-etməyəcəyi ilə bağlı suala cavab verən Tramp “Ən sərti, bəli. Düzdür” deyə bildirib.
Federal Təhqiqat Bürosu (FTB) Nensi Qatrinin yerini müəyyən etməyə və ya hadisə ilə əlaqəli şəxslərin saxlanılmasına kömək edəcək məlumat üçün 100 min dollar məbləğində mükafat elan edib.
FTB direktoru Kash Patel sonuncu dəfə yanvarın 31-də əlaqə saxlanılan Qatrinin evindəki müşahidə kameralarına aid görüntülərin əldə edildiyini açıqlayıb.
O, təhlükəsizlik sisteminə dair bəzi kadrların ictimaiyyətə təqdim olunduğunu bildirib. FTB və Pima Şəhər Şerif Departamentinin birgə araşdırması nəticəsində müəyyən edilib ki, Qatrinin yoxa çıxdığı səhər evin giriş qapısındakı təhlükəsizlik kamerasına silahlı bir şəxs müdaxilə edib.
Qurumlar hadisə ilə bağlı məlumatı olan şəxslərə FTB-nin qaynar xətti və onlayn platforması vasitəsilə hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırış edib.
FTB həmçinin bildirib ki, Nensi Qatrinin evindən təxminən 3 kilometr aralıda tapılan əlcəkdən götürülmüş DNT nümunələri, yoxa çıxdığı gecə evin qarşısında görüntülənən maskalı şübhəlinin taxdığı əlcəkdəki DNT ilə üst-üstə düşür.