Rusiya nümayəndə heyəti Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib.
Hafta.az xəbər verir ki, danışıqlar qrupuna Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Moskvadan uçuş təxminən doqquz saat çəkib və təyyarə Rusiyanın dost olmayan ölkələri yan keçərək İtaliya hava məkanından istifadə etməklə birbaşa İsveçrə hava məkanına daxil olub.
Ukrayna böhranının həlli ilə bağlı məsləhətləşmələr 17-18 fevral tarixlərində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş formatında keçiriləcək. Təxminən 20 nəfərdən ibarət Rusiya nümayəndə heyəti nizamlama üçün əsas parametrləri, eləcə də Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.