AZ

İctimai Şuranın cari ildə ilk iclası keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2026-cı ildə ilk geniş tərkibli iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiş tərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub. Bildirilib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərlə soydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təmin edilib.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş şəhər və kəndlərə səfərləri, tikinti-quruculuq işlərini şəxsi nəzarətdə saxlamaları qayıdış prosesinin sürətini və keyfiyyətini təmin edən əsas amil kimi dəyərləndirilib. Bu diqqətin qayıtmağa hazırlaşan və artıq məskunlaşan vətəndaşlarda dərin minnətdarlıq və böyük ruh yüksəkliyi yaratdığı xüsusi qeyd edilib.

Böyük Qayıdışın səmərəliliyinin təmin edilməsində ictimai iştirakçılığın artırılması məsələsi iclasda əsas mövzulardan biri olub. Müzakirələr zamanı 2026-cı il üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

Seçilən
7
14
publika.az

10Mənbələr