AZ

ABB nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçilib.

Müsabiqənin builki qalibləri “Berry Blues by We Grow” şirkətinin təsisçiləri İlyas Əhmədov və Mehri Əhmədova olublar. Onlar 19 finalçı arasından seçiliblər. Qaliblər Azərbaycanı Monakoda - müsabiqənin beynəlxalq mərhələsində təmsil edəcəklər.

Münsiflər heyətinin üzvləri xüsusi nominasiyalar üzrə qalibləri də müəyyən ediblər: “Enerji keçidi həlləri” nominasiyası üzrə Orxan Məmmədov (Green Life Enginnering); “Ən yaxşı müştəri həlli nominasiyası” üzrə Rüfət Babakişiyev (Crocusoft); “Ətraf mühitə töhfə” nominasiyası üzrə Samir Kərimov (APAR); “İnnovasiya” nominasiyası üzrə Ülvi Aslanov (Code Academy); “Kənd təsərrüfatında inkişaf” nominasiyası üzrə Müşfiq Hüseynov (AZSAFFRON); “Qadın sahibkarlığı” nominasiyası üzrə Günay Mustafayeva (MedLife Hospital); “Regional inkişaf” nominasiyası üzrə Bəxtiyar Hüseynov (Eel Electric).

“EY İlin İş Adamı Müsabiqəsi” ölkəmizdə 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. “EY İlin İş Adamı Müsabiqəsi” yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 90-dan çox sahibkarı birləşdirən geniş icmaya çevrilib.

Proqramın tərəfdaşları sırasında APFM, “Finansist” jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO da var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
8
lent.az

9Mənbələr