AZ

Deputatlar ATƏT PA nın qış sessiyasında iştirak edəcək

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Məclisin ATƏT Parlament Assembleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev qurumun 25-ci qış sessiyasında iştirak etmək məqsədi ilə fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Sherg.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sessiya çərçivəsində təşkilatın Daimi komitəsinin habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və hümanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin deputatları iclaslarda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər fevralın 22-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
4
sherg.az

5Mənbələr