AZ

“Heç vaxt deməmişəm ki, Vətən müharibəsində döyüşmüşəm”

ain.az bildirir, Olay.az saytına əsaslanaraq.

Aparıcı Zaur Nəbioğlu haqqında səslənən fikirlərə cavab verib.

OLAY yazır ki, Zaur “Rəngarəng”də bunları söyləyib:

“Heç vaxt deməmişəm ki, 44 günlük Vətən müharibəsində döyüşmüşəm, qazi olmuşam. Belə ifadə səsləndirməmişəm. Amma 44 günlük Vətən müharibəsində 37 gün müharibə gedən ərazidə olmuşam, çəkilişlər etmişəm. Bəziləri deyirlər ki, olsaydı, paylaşardı. Bu, başdan sona yalandır. Vətən uğrunda insan bir iş görürsə… Zatən insanın öz işini layiqincə görməsi, Vətənə xidmət deməkdir. Fəxr edirəm ki, həm şəhid qardaşının oğluyam. Qafqazın ən böyük məscidi - Heydər məscidinin yerləşdiyi ərazi Həmzə Babaşovun adınadır, mən onun qardaşı oğluyam. Bununla fəxr edirəm, Vətən müharibəsində jurnalist kimi iştirak etmişəm, 278 şəhid ailəsinin evində olmuşam. İstəsəz, görüntüləri göndərərəm. Siz bir iş edən kimi min yerdə paylaşırsız. Mən bunu etmirəm. Çünki bir cəbrayıllı, keçmiş məcburi köçkün olaraq borcum idi. Heç həmin vaxt efirə də çıxmamışam. Çünki orada olmuşam, bunun üçün verilişim də dayanıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
olay.az

1Mənbələr