AZ

Srebrenitsa soyqırımınında günahlandırılan komandir öldü

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Srebrenitsa soyqırımında iştiraka görə məhkum olunmuş müharibə cinayətkarı Ostoja Stanişiç yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Qaynarinfo xəbər verir ki, hadisə Bosniya və Herseqovinanın Kladanj şəhərində baş verib.

Məlumata görə, Stanişiçin idarə etdiyi avtomobil yoldan çıxaraq çaya düşüb. Sürücü hadisə yerində həyatını itirib.

Qəzada ölən şəxsin Srebrenitsa soyqırımındakı roluna görə 5 il həbs cəzası almış Ostoja Stanişiç olduğu təsdiqlənib.

Qeyd edək ki, Bosniya və Herseqovina Məhkəməsi onu Zvornik Briqadasının 6-cı Taborunun komandiri kimi Srebrenitsanın BMT tərəfindən təhlükəsiz zona elan edilmiş hissəsindən bosniyalı mülki şəxslərin zorla çıxarılması planının həyata keçirilməsində iştirakda təqsirli bilmişdi. Məhkəmə qərarında onun Srebrenitsa soyqırımının əsas fiqurları olan Radovan Karaciç və Ratko Mladiç də daxil olmaqla Serb Respublikası ordusu və polis qüvvələrinə bilərəkdən yardım etdiyi qeyd olunmuşdu.

İstintaq materiallarına əsasən, Stanişiçin nəzarətində olan 6-cı Taborun üzvləri Srebrenitsadan gətirilən əsirlərin qəbulunda və mühafizəsində iştirak ediblər. Əsirlərin Zvornikdəki bir kənd məktəbində ağır şəraitdə saxlanıldığı, döyüldüyü və azı 20 nəfərin öldürüldüyü müəyyən edilib.

1992–1995-ci illər müharibəsi zamanı BMT tərəfindən təhlükəsiz zona elan edilən Srebrenitsa 11 iyul 1995-ci ildə Ratko Mladiçin rəhbərlik etdiyi serb qüvvələri tərəfindən ələ keçirilmişdi. Hadisələr zamanı aralarında uşaqların da olduğu azı 8 372 bosniyalı kişi qətlə yetirilmişdi.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr