AZ

Heydər Əliyevə sui qəsd hazırlayan tələbə Elçibəyin yanına niyə getmişdi? VİDEO

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mərhum Prezident, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1999-cu ilin noyabr ayında bir qrup şair-yazıçı ilə görüşünü əks etdirən video material son günlər sürətlə yayılır.

Globalinfo.az xəbər verir ki, görüşdən ayrı-ayrı fraqmentlər sosial şəbəkə səhifələrində paylaşılır. Anar Rzayev, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qabilin iştirak etdiyi görüşdə Heydər Əliyev bir çox mətləblərə aydınlıq gətirir. Bugünkü reallıqlar fonunda bu sözlər mühüm informasiya sayıla bilər. Həmin dövrü xatırlamayan, yaşamayan, ya da unudan insanlar üçün bu fikirlər Azərbaycanın, Heydər Əliyevin hansı çətinliklərdən keçdiyini ortaya qoymuş olur.

Heydər Əliyev görüşdə müxalifətin ittihamlarına da cavab verir. “Deyirlər, hakimiyyəti zəbt etmişəm. Amma məni özləri bura çağırdı. Prezident Əbülfəz Elçibəyin, Milli Məclisin sədri İsa Qəmbərin, baş nazir Pənah Hüseynin dəvət ilə yunun 9-da Bakıya gəldim. Gəncəyə getdim, özümü odun içinə atdım. Azərbaycanın yarısı hökumətin nəzarətindən çıxmışdı. Lənkəranda “cümhuriyyət” elan olunmuşdu. Bura gəlməsəm, Azərbaycan parçalanacaqdı” – deyən Ulu öndər başqa məqamlara da toxunur.

Heydər Əliyev görüşdə özünə qarşı sui-qəsd cəhdlərini xatırladır. Bildirir ki, Ərzurum Universitetində oxuyan bir tələbəyə təlim keçib, terrorçu kimi yetişdiriblər. Sonradan o tələbə Kələkidə Elçibəylə iki dəfə görüşüb. Ardınca da bu sözləri deyir: “O adam məni güllələyəcəkdi. Son anda Allah saxladı”.

Videonu təqdim edirik:

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
globalinfo.az

1Mənbələr