Bakı. Trend:
Bu gün Günəş tutulması hadisəsi yaşanacaq.
Trend xəbər verirki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlarİnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“İlk yarımkölgənin Yerə düşməsi Moskva vaxtı ilə saat 12:58-də(Bakı vaxtı ilə 13:58-də) olacaq. Halqavari faza 14:44-dən15:37-dək davam edəcək. Pik mərhələ isə 15:13-ə təsadüf edir”, –deyə məlumatda bildirilir.
Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçməsi nəticəsindəGünəş işığının tam və ya qismən örtülməsi hadisəsidir. Bu zamanGünəşin hamısı (tam tutulma) və ya bir hissəsi (qismən tutulma)görünməz ola bilər. Günəş tutulması yalnız yeni ay fazasında başverir və Yer kürəsinin müəyyən bölgələrindən müşahidə olunur.