AZ

Rusiya-ABŞ-Ukrayna heyətlərinin Cenevrə görüşü başlayır

Rusiyanın "TASS" xəbər agentliyinin rəsmi mənbələrə istinadən yaydığıməlumataəsasən, bu mərhələdə daha əhatəli müzakirələrin baş tutacağı bildirilir.

Görüşə Rusiyanın nümayəndə heyəti Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində qoşulacaq. ABŞ tərəfindən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun iştirakı gözlənilir.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
35
1
azvision.az

2Mənbələr