AZ

Ruben Vardanyana hökm oxunur

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekunməhkəmə qərarı (hökm) elan olunur.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyathakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsiüçün dövlət hesabına vəkillə təmin olunub.

İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmişşəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi vəonların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar,həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində NazirlərKabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Trend xatırladır ki, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digərmaddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı RubenVardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindəaparılmışdır.

Məqalədə:
Seçilən
25
45
az.trend.az

10Mənbələr