AZ

Dünyaca məşhur filmin davamı çəkiləcək

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məşhur aktyorlar Brendan Freyzer və Reyçel Vays “Mumiya” adlı əfsanəvi filmin davamında rəsmi olaraq geri qayıdırlar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Universal Pictures şirkəti bu xəbəri təsdiqləyib və filmin premyera tarixini açıqlayıb. Beləliklə, yeni “Mumiya” 2028-ci il mayın 19-da böyük ekranlara çıxacaq.

Macəra janrında olan filmin rejissorları Mett Bettinelli-Olpin və Tayler Cillett olacaq. Françayzın hər hissəsində çalışmış prodüser Şon Deniel də layihəyə geri qayıdır. Qeyd edək ki, “Mumiya” vaxtilə böyük gəlir gətirib.

Maraqlıdır ki, süjetin detalları hələlik gizli saxlanılır. Lakin məlumdur ki, macəraçı Rik və misirşünas Evelin rollarını yenidən Freyzer və Vays canlandıracaqlar. Onlar artıq çəkilişlərlə bağlı müqavilə imzalayıblar. Bundan əlavə, Brendan Freyzer yeni filmdə icraçı prodüser kimi də fəaliyyət göstərəcək.

“Mumiya” filmi haqqında nə məlumdur?

Xəzinə axtaran bir qrupun təsadüfən qədim Misir kahini-mumiyanı oyatmasından bəhs edən macəra-döyüş filmi ilk dəfə 1999-cu ildə ekranlara çıxıb. Daha sonra mumiyanın sevdiyini diriltmək və onu narahat edənlərdən qisas almaq üçün həyata qayıtduğu göstərilir. Bunun ardınca təhlükəli mistik hadisələr başlayır.

Qəhrəmanlar mumiyanı dayandırmalı və dünyanı xilas etməlidirlər. Qeyd edək ki, film “Oskar” və BAFTA mükafatlarına namizəd göstərilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
lent.az

1Mənbələr