Yazını böyüt
Yazını kiçilt
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub. Hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində baş verib.
Hafta.az müxbiri xəbər verir ki, dünən dərs vaxtı məktəbin aşağı siniflərində təhsil alan təxminən 10 şagirdin səhhətində narahatlıq yaranıb və onlar özlərini pis hiss ediblər.
Şagirdlər dərhal tibb müəssisəsinə aparılıb, onlara zəruri tibbi yardım göstərilib və evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.