AZ

İstismara qaytarılan “Balakən” gəmi-bərəsi ilk səfərinə çıxdı

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan "Azərbaycan Xəzər DənizGəmiçiliyi"nin (ASCO) “Balakən” gəmi-bərəsinin təmiriyekunlaşıb.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, təmir prosesi “Zığ” Gəmi Təmiri və TikintisiZavodunda həyata keçirilib. Proses çərçivəsində gəmi üzrəgövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib,buxar qazanı və sukeçirməyən qapılar yenilənib.

Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrikhissələri, heyətin yaşayış və xidməti otaqları təmir olunub.

Həmçinin bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərəkikiqat boya ilə rənglənib.

Təmir başa çatdıqdan sonra “Balakən” gəmi-bərəsi QazaxıstanınKurık limanı istiqamətində ilk səfərinə çıxıb.

Uzunluğu 154,8, eni 17,5 metr olan “Balakən” gəmi-bərəsininmaksimal sürəti 12.5 düyün, dedveyti isə 5 400 ton təşkil edir.

Məqalədə:
Seçilən
61
3
az.trend.az

4Mənbələr