AZ

Qlobal Dayanıqlı Turizm Günüdür

Yazını böyüt
Yazını kiçilt

İnkişaf etməkdə olan bir çox ölkə, o cümlədən ən az inkişaf etmiş ölkələr, kiçik ada tipli inkişaf etməkdə olan dövlətlər, Afrika ölkələri və orta gəlirli ölkələr üçün turizm əsas gəlir, valyuta və vergi daxilolmaları, həmçinin məşğulluq mənbələrindən biridir. Turizm insanları təbiətlə birləşdirdiyinə görə, dayanıqlı turizm ekoloji məsuliyyətin təşviqi və ətraf mühitin qorunmasına töhfə vermək üçün unikal imkanlara malikdir.

Hafta.az xəbər verir ki, BMT Baş Assambleyası tərəfindən 2023-cü ildə elan edilmiş Qlobal Dayanıqlı Turizm Günü (Global Tourism Resilience Day, 17 fevral) turizm sektorunun fövqəladə hallara qarşı həssaslığını nəzərə alaraq, sarsıntılara davamlı turizmin inkişafının təşviqinin vacibliyini xatırlatmaq imkanı yaradır. Bununla yanaşı, üzv dövlətlərin özəl və dövlət sektorları arasında əməkdaşlıq, fəaliyyət növlərinin və məhsulların diversifikasiyası əsasında bu sahənin sarsıntılardan sonra bərpası üzrə milli strategiyaların hazırlamasına ehtiyac da artır.

Turizm sektoru birbaşa və ya dolayı şəkildə dünyada milyonlarla iş yeri ilə təmin edir, xüsusilə qadınlar və gənclər üçün mühüm məşğulluq mənbəyidir. Bəzi kiçik ada dövlətlər və inkişaf etməkdə olan ölkələrdə turizm ümumi daxili məhsulun (ÜDM) 20 faizindən çoxunu təşkil edir. 2021-ci ildə turizmin iqtisadi töhfəsi (turizmin ÜDM-ə birbaşa töhfəsi) 2020-ci ildəki 1,6 trilyon ABŞ dolları ilə müqayisədə 1,9 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilib. Bu göstərici hələ də pandemiyadan əvvəlki 3,5 trilyon ABŞ dolları səviyyəsindən xeyli aşağıdır.

Dayanıqlı turizm, o cümlədən ekoturizm, çoxşaxəli fəaliyyət növüdür və davamlı inkişafın üç komponentinin həyata keçirilməsinə və davamlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verə bilər. Bu, iqtisadi artımın təşviqi, yoxsulluğun azaldılması, hamı üçün tam və məhsuldar məşğulluq və layiqli işlə təmin edilməsi yolu ilə mümkün olur. Belə turizm həm də istehlak və istehsalın daha səmərəli modellərinə keçidin sürətləndirilməsinə, okeanların, dənizlərin və dəniz resurslarının davamlı istifadəsinə, yerli mədəniyyətin təşviqinə, həyat keyfiyyətinin yaxşılaşdırılmasına və qadınların, gənclərin, yerli xalqların və icmaların iqtisadi imkanlarının genişləndirilməsinə kömək edə bilər. Bundan əlavə, bu sahə kənd ərazilərinin inkişafına, kənd əhalisinin, o cümlədən kiçik və ailə fermer təsərrüfatlarında çalışan insanların həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verir.

Davamlı və sabit turizmdən davamlı və inklüziv iqtisadi artımın, sosial inkişafın və maliyyə xidmətlərinə çıxışın təşviqi üçün alət kimi istifadə qeyri-formal sektorun rəsmiləşdirilməsinə, daxili resursların səfərbər edilməsinə, ətraf mühitin qorunmasına, yoxsulluğun və aclığın aradan qaldırılmasına, o cümlədən bioloji müxtəlifliyin və təbii resursların qorunması və səmərəli istifadəsinə, həmçinin davamlı turizm sahəsində investisiya və sahibkarlığın təşviqinə imkan yaradır.

2027-ci il — Beynəlxalq Davamlı və Dayanıqlı Turizm İli

2024-cü ilin fevralında BMT Baş Assambleyası 2027-ci ili Beynəlxalq Davamlı və Dayanıqlı Turizm İli elan edib. Baş Assambleya bütün dövlətlərə fürsətdən istifadə edərək bütün səviyyələrdə tədbirlərin görülməsini dəstəkləməyi tövsiyə edib.

Seçilən
6
2
hafta.az

3Mənbələr