AZ

Politoloqdan açıqlama: 17 fevral görüşləri böyük güclərin koordinasiyasıdır

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya-Ukrayna münaqişəsinin həlli və İrandakı vəziyyətlə bağlı danışıqlar fevralın 17-də, yəni bu gün Cenevrədə eyni vaxtda keçiriləcək.

İranla danışıqlar Oman vasitəçilərinin iştirakı ilə olacaq.

Məlumata görə, danışıqlar BMT-nin mənzil-qərargahının qarşısında keçiriləcək.

Maraqlıdır, eyni gündə həm Rusiya–Ukrayna, həm də İran məsələsinin müzakirəsi təsadüfdür, yoxsa bu, böyük güclərin koordinasiyalı diplomatik addımıdır?

Bu barədə politoloq Turan Rzayev Gununsesi.info-ya danışıb.

O bildirib ki, Fevralın 17-də Cenevrədə həm Rusiya–Ukrayna münaqişəsi, həm də İranla bağlı danışıqların paralel şəkildə keçirilməsi ilk baxışdan texniki üst-üstə düşmə kimi görünə bilər. Lakin geosiyasi kontekstdə bu cür zamanlama adətən təsadüfi olmur. Cenevrə uzun illərdir böyük güclərin “neytral diplomatik platforması” kimi istifadə edilir:

“Hazırkı mərhələdə həm Ukrayna müharibəsi, həm də İran ətrafında artan gərginlik qlobal təhlükəsizlik arxitekturasının əsas sınaq nöqtələridir. Ukrayna cəbhəsində müharibənin uzanması Avropanın enerji, təhlükəsizlik və iqtisadi sabitlik balansını dəyişdirib. İran məsələsində isə nüvə proqramı, regional proksi şəbəkələri və ABŞ-la gərgin münasibətlər Yaxın Şərqdə yeni eskalasiya riskini artırır. Hər iki istiqamət qlobal güclər üçün paralel risk zonasıdır və onların bir-birindən tam ayrı düşünülməsi artıq mümkün deyil”.

Politoloq o cümlədən deyib:

“Eyni gündə danışıqların keçirilməsi böyük güclərin diplomatik sinxronizasiya cəhdinin göstəricisi ola bilər. Çünki Ukrayna münaqişəsi ilə İran məsələsi arasında dolayı strateji əlaqə mövcuddur. Rusiya İrana yaxınlaşdıqca, Qərb Moskva–Tehran xəttini daha geniş təhlükəsizlik problemi kimi görür. Digər tərəfdən, İran dosyesində mümkün yumşalma Rusiyanın manevr imkanlarına da təsir edə bilər. Bu səbəbdən diplomatik proseslərin paralel aparılması tərəflərin ümumi geosiyasi balansı nəzərə alaraq hərəkət etdiyini göstərir.

Oman vasitəçiliyinin İran danışıqlarında iştirak etməsi də təsadüfi deyil. Oman son illər Vaşinqton–Tehran xəttində etibarlı kommunikasiya kanalı kimi çıxış edir və gərginliyin idarə olunmasında neytral platforma rolunu oynayır. Bu isə onu göstərir ki, tərəflər birbaşa qarşıdurmadan daha çox nəzarət olunan diplomatik mexanizmə üstünlük verirlər”.

Siyasi şərhçi son olaraq bildirib:

“BMT-nin mənzil-qərargahının qarşısında görüşlərin planlaşdırılması isə prosesə simvolik beynəlxalq legitimlik qatır.

Əgər bu iki istiqamətdə danışıqlar eyni gündə başlayırsa, bu, böyük güclərin gündəliyi parçalamaq yox, əksinə, vahid strateji çərçivədə idarə etmək niyyətindən xəbər verir. Qlobal siyasətdə indi əsas məqsəd genişmiqyaslı müharibə risklərini paralel şəkildə nəzarətdə saxlamaqdır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr