AZ

Yamala qarşı qaydanı pozdular, qalmaqal yarandı Şəkillər

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yamala qarşı qaydanı pozdular, qalmaqal yarandı - Şəkillər

Ötən gecə La Liqanın 24-cü turunda "Jirona" - "Barselona" oyununda qalmaqal yaşanıb.

QOL.az xəbər verir ki, matçın 90+9-cu dəqiqəsində "Jirona"nın yarımmüdafiəçisi Joel Roka Kataloniya təmsilçisinin futbolçusu Lamin Yamala qarşı sərt qayda pozuntusu edib.

Bundan sonra Yamal aqressivləşib və Rokaya hücum çəkib. Mübahisəyə bir neçə futbolçu da qatılıb. Lakin digər futbolçuların müdaxiləsi ilə durum qaydasına düşüb.

18 yaşlı Roka isə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu matçda Yamal penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
qol.az

2Mənbələr