AZ

Rusiya nümayəndə heyəti Cenevrədə -Təhlükəsizliyə bu ölkə təminat verib

Amerika tərəfi Rusiya nümayəndə heyətinin Cenevrə danışıqlarına təhlükəsiz keçidinin təmin edilməsində iştirak edib.

Publika.az xəbər verir ki, bu barədə diplomatik mənbə “RİA Novosti”yə bildirib.

Mənbənin sözlərinə görə, ABŞ Rusiya nümayəndələrinin İsveçrəyə gəlişi ilə bağlı icazələrin əlaqələndirilməsində texniki səviyyədə iştirak edib.

Cenevrədə Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində keçiriləcək. Danışıqlarda Rusiya, Ukrayna və ABŞ-dan nümayəndələr iştirak edəcək.

Seçilən
7
publika.az

1Mənbələr