AZ

Ərdoğan Efiopiyaya gedir

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bu gün Efiopiyaya səfərə yollanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən ölkənin Baş naziri Abiy Əhməd Əlinin dəvəti ilə Bakı vaxtı ilə saat 15.00-da baş tutacaq səfərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri müzakirə olunacaq.

Ərdoğan bununla yanaşı, Əddis-Əbəbədə bir çox görüşlərə qatılacaq, tərəflər arasında yeni sənədlər imzalanacaq.

Liderlər Afrika  qitəsindəki regional məsələlər, eləcə də qlobal inkişaflar barədə fikir mübadiləsi aparacaqlar.

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
mia.az

1Mənbələr