AZ

19 azərbaycanlı quru yolu ilə Ermənistana keçdi – İrəvandan mesaj

“Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin səfərləri qarşılıqlıdır”.

Xəbər verilir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə fraksiyasının katibi Artur Ovannisyan deyib.

O qeyd edib ki, bu təşəbbüslər sülh mühitini gücləndirməyə yönəlib.

“Ermənistan və Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələrinin görüşləri həm Ermənistanda, həm də Azərbaycanda müntəzəm keçiriləcək“, – Ovannisyan vurğulayıb.

Xatırladaq ki, 13 fevralda Ermənistanla Azərbaycan arasında Tavuş-Qazax sektorunda sərhəd demarkasiyasından bəri ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolu ilə Ermənistana gəlib. /Globalinfo/


Seçilən
2
4
azia.az

5Mənbələr