AZ

40.000 manat cərimə oluna bilərsiniz-VİDEO

Onlayn qumar və kazino oyunlarının təşkilatçıları ilə yanaşı onları reklam edən və həmin oyunlarda aktiv iştirak edənlər də məsuliyyətə cəlb oluna bilərlər. Bu barədə Yenilik.az-a açıqlama verən hüquqşünas Xanlar Sətullayev bildirib. Belə ki, hüquqşünasın bildirdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsinə əsasən, Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Ətraflı videoda tanış ola bilərsiniz. 

Seçilən
30
yenilik.az

1Mənbələr