ABŞ-ın Belçikadakı səfiri Bill Uayt Krallığı antisemitizmdə ittiham edən "X"dəki paylaşımına görə Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.
Azreform.info xəbər verir ki, Belçikanın xarici işlər naziri Maksim Prevost bunu sosial mediada yazıb.
Onun sözlərinə görə, Krallığın antisemit dövlət olması ilə bağlı hər hansı bir iddia yanlış, təhqiramiz və qəbuledilməzdir.
Nazir yazıb: "Belçika bütün tərəfdaşları ilə dialoqa açıqdır. Lakin demokratik təsisatlarımıza hər hansı müdaxilə və əsassız ittiham həddi aşır. Suverenliyə hörmət hər iki tərəf üçündür".
Uaytın açıqlamasına Antverpendə tibbi lisenziyası olmadan sünnət edən yəhudi din xadimlərinin saxlanılması səbəb olub.
Elvin
Azreform.info