AZ

Bəd xəbər rəsmən açıqlandı: Əməliyyat qaçılmazdır

“Ayaks” rəsmi saytında müdafiəçi Aleksandr Zinçenkonun zədəsi ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, ukraynalı futbolçu həftəsonu zədə alıb və “Fortuna” ilə matçın əvvəlində əvəzlənib. Müayinə zamanı əməliyyat tələb edən ciddi diz zədəsi aşkarlanıb. Əməliyyat tezliklə baş tutacaq. “Ayaks” 29 yaşlı futbolçunun dəqiq sağalma müddətini açıqlamayıb. Bəyanatda onun sağalmasının uzun çəkəcəyi və Zinçenko üçün mövsümün başa çatdığı vurğulanıb.

İnsayder Fabrizio Romano futbolçunun sağalmasının ən azı altı-yeddi ay çəkəcəyini bildirib.

Fevralın 1-də Zinçenko icarə əsasında “Ayaks”a keçib. Daha əvvəl bildirilirdi ki, Niderland klubu oyunçu üçün Londonun “Arsenal” klubuna 1,5 milyon avro, üstəgəl Çempionlar Liqasındakı çıxışı ilə bağlı bonuslar ödəyəcək. Bu mövsüm müdafiəçi icarə əsasında “Nottingem Forest”də oynayıb.

Seçilən
29
publika.az

1Mənbələr