AZ

KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər

İranla danışıqlarda ABŞ bu ölkənin mineral ehtiyatlarına çıxış əldə etmək imkanlarını müzakirə edə bilər.

"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, oxşar bənd artıq 2025-ci ildə Vaşinqton və Tehran arasında danışıqlar zamanı müzakirə olunmuşdu, xüsusən də müzakirə nüvə sahəsindəki razılaşmalara əlavə olaraq, İran hakimiyyətinin ABŞ-a nadir torpaq metalları da daxil olmaqla minerallara, eləcə də neft və qaza prioritet çıxış təmin edə bilməsi ilə bağlı idi.

Telekanalın mənbəsinin məlumatına görə, bu məsələnin yenidən qaldırılacağı gözlənilir.

Seçilən
44
far.az

1Mənbələr