Ukraynaya daha geniş dəstək verməmək böyük səhv idi.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə NATO-nun sabiq Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, "Yardım 2014-cü ildə başlamalı idi və Ukraynanın ərazi nəzarətinə təsir göstərə bilərdi".
Sabiq Baş katib yardım sayəsində Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı hücumunun qarşısını ala biləcəyinə inandığını da deyib.