AZ

Balonka ları paltaryuyana atmayın DİQQƏT

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qış aylarında ən çox istifadə olunan geyimlərdən biri şişmə gödəkçələrdir. Həm isti saxlayır, həm də yağışlı və küləkli havalarda rahatlıq təmin edir. Lakin uzun müddət istifadə olunduqda gödəkçəyə tər qoxusu hopa bilər. Bir çoxları bu problemi həll etmək üçün dərhal paltaryuyan maşına üz tutur. Halbuki bu addım gödəkçənin formasını poza, daxili dolğunu zədələyə və istilik xüsusiyyətini azalda bilər.Demokrat.az xəbər verir ki, şişmə gödəkçəni tez-tez maşında yumaq əvəzinə alternativ üsullardan istifadə etmək daha məqsədəuyğundur. Xüsusilə tər qoxusu problemi ev şəraitində sadə vasitələrlə aradan qaldırıla bilər.İlk növbədə gödəkçəni düz və quru səthə sərmək lazımdır. Qoxunun daha çox hiss olunduğu hissələrə nazik qat şəklində soda (karbonat) səpin. Sodanın parça üzərində bərabər paylanmasına diqqət edin. Bu şəkildə gödəkçəni minimum 6 saat, mümkün olarsa bir gecə saxlayın. Soda parçaya hopmuş qoxunu və artıq nəmi özünə çəkir. Müddət bitdikdən sonra gödəkçəni çırpmaq və ya aşağı gücdə tozsoranla təmizləmək kifayətdir. Soda ilə təmizləmədən sonra gödəkçəni açıq havada, quru və sərin mühitdə bir neçə saat havalandırmaq tövsiyə olunur. Bu, həm qoxunun tamamilə dağılmasına, həm də parçanın təravət qazanmasına kömək edir.Qeyd edək ki, şişmə gödəkçələrə düzgün qulluq onların istifadə müddətini uzadır. Maşında tez-tez yumaq əvəzinə, bu kimi praktik üsullara üstünlük vermək həm məhsulu qoruyur, həm də əlavə xərcin qarşısını alır.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
demokrat.az

1Mənbələr