Tanınmış fotoqraf Aleksey Lyokin növbəti dəfə Azərbaycanda lentə aldığı Ayın unikal görüntüləri ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, onun Qobustanda çəkdiyi dolunay fotosu maraqla qarşılanıb.
Fotoqraf sosial şəbəkədə paylaşdığı həmin şəkilə “Ayın oğurlanması” adını verib.