AZ

ABŞ-da xokkey oyununda atışma oldu, 1 nəfər öldü

Bakı. Trend:

Fevralın 16-da Potaket şəhərində orta məktəb xokkey oyununda başverən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CBS News" televiziya kanalıxəbər verib.

Məlumata əsasən, hücum edən şəxs ölüb.

Bildirilib ki, atışma yerli vaxtla saat 14:00 radələrində buzmeydançasında iki məktəbin şagirdləri arasında matç keçirilərkənbaş verib.

Dörd yaralı xəstəxanalara aparılıb. Onların vəziyyəti və yahadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

Seçilən
42
az.trend.az

1Mənbələr