AZ

Ən çox kartof istehsal edən ölkələr hansıdır?

525.az saytına istinadən ain.az xəbər verir.

Gündəlik qida rasionuna daxil olan tərəvəzlərdən biri də kartofdur. Bəs, kartof dünyada ən çox hansı ölkədə yetişdirilir?

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya 2024-cü ildə 18,4 milyon ton  (4,7%) kartof istehsalı ilə 5-ci pillədə qərarlaşıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayıb. 4-cü yerdə ABŞ (19,1 milyon ton və ya 4,9 faiz), 3-cü yerdə isə Ukraynadır (2,1 milyon ton və ya 5,4 %).

Hindistan 57,1 milyon ton (15%) göstərici ilə ikincidir. Birincilik isə Çinə məxsusdur. Bu ölkədə il ərzində 94,8 milyon ton və ya dünya üzrə 24 % kartof yetişdirilib.

Ümumilikdə 2024-cü ildə dünya üzrə 390,4 milyon ton kartof istehsal olunub. Təşkilatdan verilən məlumata görə, ötən ilin göstəriciləri hazırlamaqdadır və böyük ehtimalla ölkələrin yerində dəyişiklik olmayacaq.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il Azərbaycanda 924,7 min ton kartof istehsal edilib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
525.az

1Mənbələr