
Xəbər verdiyimiz kimi, “MediHall Hospital”da əməliyyat olunmuş Nigar İsmayılova 3 gün sonra vəfat edib.
"Gender.az" xəbər verir ki, klinika direktoru qadının ölümünün tibb müəssisəsi ilə əlaqəsinin olmadığını bildirib.
Onun sözlərinə görə, pasiyent əməliyyatdan bir neçə gün sonra evə buraxılıb və evində dünyasını dəyişib:
“O, qarın yırtığından əməliyyat edilib ancaq ürəkdən rəhmətə gedib. Ürəkdir də, indi mən də ölə bilərəm ürəkdən. Əməliyyatdan əvvəl pasiyent müayinədən keçirilib və hər hansı ciddi problem aşkarlanmayıb. Tromb yaranması halları müxtəlif səbəblərdən baş verə bilər və bu cür risklər istənilən şəxsdə mümkündür. İnsan yeridiyi yerdə trombdan rəhmətə gedə bilər. Onun rəhmətə getməyinə əməliyyat səbəb olmayıb”.
Mərhumun qardaşı isə bildirib ki, əməliyyat 12-13 gün bundan qabaq qarın qrijasından edilib:
“Bir xanım mənə sual verdi ki, plastik əməliyyat. Belə bir şey yoxdur. Ürəyində problem olub. Evdə dünyasını dəyişib”.
Daha ətraflı “Baku TV”nin süjetində: