Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Qalatasaray" rəhbərliyi ara transfer dövrünün son saatlarında "Barcelona"nın gənc istedadı Mark Bernal üçün rekord məbləğdə rəsmi təklif göndərib.
Fanat.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" 18 yaşlı yarımmüdafiəçi üçün Kataloniya klubuna tam 30 milyon avro bonservis haqqı təklif ediblər.
Klubun prezidenti Dursun Özbəyin şəxsən təsdiqlədiyi bu transfer əməliyyatında gənc futbolçuya hazırkı maaşından üç qat daha artıq məvacib vəd edilib. Okan Burukun heyətdə görməyi çox istədiyi ispan futbolçu "Barcelona"nın gələcək planlarında mühüm yer tutduğu üçün təklif Kataloniya təmsilçisi tərəfindən dərhal rədd edilib.
Bernal bu mövsüm "Barcelona" forması ilə çıxdığı 18 matçda göstərdiyi performansla bir çox Avropa nəhənglərinin də diqqətini çəkməyi bacarıb. "Barsa" rəhbərliyi gənc ulduzun bazar dəyərinin yaxın illərdə 30 milyon avrodan qat-qat artıq olacağına inandığı üçün onun satışına qəti şəkildə qarşı çıxıb.
Buna baxmayaraq "Qalatasaray"ın yay transfer pəncərəsində bu istedadlı oyunçu üçün yenidən "Barcelona"nın qapısını döyəcəyi iddia olunur.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.