Bakı. Trend:
Avropa İttifaqı İran və ABŞ arasında Cenevrədə danışıqlarınaparılması perspektivini alqışlayıb və bunu nizamlanmanın yeganəmümkün yolu kimi görüb.
Trend-inməlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər vətəhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsüƏnvər əl-Anuni bildirib.
"Biz, Avropa İttifaqı olaraq, diplomatiyaya şans verilməliolduğuna əminik. Bundan əlavə, bu məsələnin davamlı həlli yalnızdiplomatik yolla tapıla bilər", - deyə o brifinq zamanıbildirib.
O qeyd edib ki, hərbi eskalasiya regional sabitlik üçün çoxciddi nəticələrə səbəb ola bilər və İranın beynəlxalqictimaiyyətin, xüsusən də nüvə məsələləri ilə bağlınarahatlıqlarına cavab vermək istəyinin səmimiliyini nümayişetdirməsinin vaxtıdır.