AZ

"Onlar çempionluğu hədəfləyibsə..." - "Qəbələ"nin məşqçisi

Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son matçı Qəbələdə keçirilib. Lider "Sabah" Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu "qırmızı-qaralar"ın qonağı olub. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi George Çixradze  fikirlərini jurnalistlərlə bölüşüb:

"İlk növbədə onu demək istərdim ki, "Sabah"la biz fərqli məqsədlər uğrunda mübarizə aparırıq. Onlar çempionluğu hədəfləyibsə, bizim məqsədimiz liqada qalmaqdır. Oyun da 2 fərqli hissədə keçdi. İlk yarıda bir qədər passiv oynadıq. Lakin əsas odur ki, qol buraxmadıq. Bir neçə təhlükəli epizodlarımız da oldu. İkinci hissədə isə daha yaxşı oynadıq. Lakin hissənin əvvəlində adi vəziyyətdə qol buraxdıq. Qoldan sonra daha aktiv və aqressiv çıxış etməyə başladıq. Sona qədər mübarizə apardıq. Matçın axırlarında mübahisəli epizoddan qol da vurduq. Lakin son nəticə məğlubiyyət oldu".

Seçilən
70
1
fanat.az

2Mənbələr