AZ

“Nazim bəy burda çalışmır, heç məşqlərə də qatılmır” – bəs, niyə baş məşqçidi?

1-ci liqada çıxış edən “Şahdağ Qusar”ın baş məşqçisi Nazim Əliyevlə “Şəfa”nın çalışdırıcısı Elgiz Kərəmlinin ata-oğul olduğunu, lakin bu məqamın qayda pozuntusu sayılmadığını yazmışdıq.

Bununla belə, Qusar təmsilçisini Elnur Abdullayevin çalışdırdığı bəlliydi. Ancaq mütəxəssis əvvəlki matçların potokolunda məşqçi kimi qeyd olunsa da, son vaxtlar adı həmin sənəddə yoxdu. Əvəzində isə “Şahdağ Qusar”ın baş məşqçisi kimi Nazim Əliyevin adı yazılır.

Bu o deməkdi ki, qusarlıları artıq Nazim Əliyev çalışdırır? Bəlkə Elnur Abdullayevlə yollar ayrılıb? Yoxsa burda başqa gizli məqam var?

“Football-plus.az”ın suallarını Elnur bəy cavabladı:

“Hələ “Şahdağ Qusar”ın baş məşqçisiyəm. Komandada məşqçinin payına düşən bütün işləri mən görürəm. Lakin müvafiq kateqoriyam olmadığından baş məşqçi kimi Nazim Əliyevin adı yazılır. Nazim bəy burda çalışmır, heç məşqlərə də qatılmır. Sadəcə, bir neçə dəfə dost kimi düşərgəmizi ziyarət edib. İndi vaxt yoxdu. Bu səbəbdən kateqoriya almaq üçün yayda oxumağa başlayacam. Porotokolda baş məşqçinin qeyd olunması tələbi isə PFL-indi”.

KƏNAN BAHADIR
Seçilən
73
football-plus.az

1Mənbələr