AZ

Rusiyaya girişi 50 il qadağan edilən komediyaçı araşdırılır

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi 50 il Rusiyaya girişi qadağan edilmiş komediyaçı Nurlan Saburov haqqında araşdırma başladıb.

Moderator.az xəbər verir ki, bu barədə "Kursiv" məlumat yayıb.

Hadisəyə səbəb sənətçinin bir il əvvəl Ukraynada Rusiya tərəfində döyüşən "Vaqner" qrupunın "İstra Legionu"nun döyüşçülərinə 10 motosiklet bağışlaması olub. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi araşdırma aparıldığını təsdiqləyib. Vəkil bildirib ki, Nurlan Saburov özəl hərbi quruma maddi dəstəyə görə 7-12 il həbs cəzası çəkə bilər.

Qalmaqal fevralın 6-da onun Rusiyaya girişinə 50 il qadağa qoyulması fonunda böyüyüb. Hazırda komediyaçı Almatıdadır. Sosial şəbəkələrdə isə onun Aleksandr Kuznetsovun rəhbərliyi altında legion üzvlərinə motosiklet hədiyyə etdiyi görüntülər yayılıb.

Seçilən
19
1
moderator.az

2Mənbələr