AZ

Möhtəşəm mənzərə puç oldu: İtaliyanın cənubundakı məşhur “Aşiqlər tağı” çökdü – VİDEO

İtaliyanın cənub bölgələrində hava şəraiti kəskin dəyişib. Əlverişsiz hava şəraiti səbəbindən turistlərin sevimli məkanı olan təbii “Aşiqlər tağı” qayası çöküb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır.

Möhtəşəm mənzərəyə malik qaya dəfələrlə müxtəlif jurnalların üz qabıqlarını bəzəyib.

“Apuliyada yerləşən “Torre Sant’Andrea” qayası məşhur turistik məkan olub və əbədi sevgi axtarışında olan cütlükləri cəlb edirdi. Yerli inanca görə, bu tağın altında görüşənlər ömürlük sevgi tapırdılar”, – deyə məqalənin müəllifi vurğulayıb. /oxu.az/

Seçilən
66
nocomment.az

1Mənbələr