AZ

Bu pullar dövriyyədən yığışdırılacaq?

1, 3 və 5 qəpiklərdən gündəlik alış-verişdə demək olar ki, istifadə olunmur. Məsələn, 1 qəpiyə heç bir məhsul almaq mümkün deyil. Bəs bu halda praktik olaraq işlənməyən bu pul vahidləri niyə hələ də dövriyyədən çıxarılmır?İqtisadçı Fuad İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, bu pulların dövriyyədə olması mütləq vacibdir: “”Əgər 1 qəpiyə heç nə satılmırsa, o zaman dövriyyədən çıxarılsın” kimi yanaşma çox böyük səhv fikirdir. Məsələn, biz piştaxtaya yaxınlaşdıqda hər hansı məhsulun qiyməti 99 qəpikdirsə və siz 1 manat verirsinizsə, nağd alış-veriş zamanı sizin 1 qəpiyiniz mütləq qaytarılmalıdır. Bu qəpiklər sağlam rəqabətin formalaşmasına xidmət edən bir alət rolunu oynayır. Yaxud kimsə məhsulu 1 manata satırsa, digər satıcı onu 99 qəpiyə təklif etməklə rəqabət yarada bilir. Əgər nağd alış-verişdə 1 qəpiyi qaytarmaq imkanı olmazsa, bu, tamam fərqli bir mühit formalaşdırar. Çünki onlayn və ya nağdsız ödənişlərdə qəpik-qəpik hesablaşma mümkün olur və məsələ öz aktuallığını itirir, amma nağd ödənişdə vəziyyət başqadır. Yəni bu baxımdan 1, 3 və 5 qəpiklər dəyər baxımından kiçik görünsə də, onların dövriyyədən çıxarılması düzgün deyil”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
85
metbuat.az

1Mənbələr