AZ

“Qəbələ”nin qolu buna görə ləğv edildi Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Qəbələ” və “Sabah” (0:1) arasında keçirilən gərgin qarşılaşmada qeydə alınan qol VAR müdaxiləsindən sonra ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, Misli Premyer Liqasının XX turunun bağlanış matçının 87-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirsələr də, qol qeydə alınmayıb.

Baş hakim Rauf Cabarov VAR otağından gələn xəbərdarlıqdan sonra monitora yaxınlaşıb və epizodu təkrar izləyib. Bundan sonra hücum zamanı “Qəbələ”nin futbolçusunun əllə oynadığı müəyyən edilib və qol ləğv olunub.

Qeyd edək ki, sözügedən qərardan sonra matçın nəticəsi dəyişməyib və “Sabah” 1:0 hesablı qələbəni qoruyub saxlayaraq xallarını 49-a yüksəldib. Meydan sahibləri isə 14 xalla turnir cədvəlinin sonuncu pilləsində qalıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
qafqazinfo.az

1Mənbələr