AZ

Madaqaskarda “Gezani” siklonu: azı 59 nəfər həyatını itirib

Bakı. Trend:

Madaqaskar Fəlakətlərin İdarə Edilməsi İdarəsi bazar ertəsi günübildirib ki, ötən həftə adanı cənginə alan “Gezani” siklonunəticəsində azı 59 nəfər ölüb.

Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.

Məlumata görə, siklonun gətirdiyi qasırğa 16.428 nəfəri evsizqoyub, 15 nəfər itkin düşüb, 804 nəfər yaralanıb və 423.986 nəfərtəbii fəlakətdən zərər çəkib.

Birləşmiş Millətlər Təşkilatının humanitar ofisinin məlumatınagörə, “Gezani” digər şiddətli “Fytia” tropik siklonunun 14 nəfərinölümünə və 31.000-dən çox insanın evini tərk etməsinə səbəbolmasından cəmi 10 gün sonra ölkəni bürüyüb.

Meteorologiya xidmətinin açıqlamasında bildirilir ki, siklonMozambik kanalından qərbə doğru hərəkət edərək adanın cənub ucunda10 metrə qədər güclü dalğalar gətirib.

Məqalədə:
Seçilən
85
az.trend.az

1Mənbələr