AZ

“Tehran” serialının israilli prodüseri hoteldə ölü tapıldı: Qətlə yetirilib?

İsrailin aparıcı televiziya prodüseri və beynəlxalq səviyyədə tanınmış “Tehran” serialına görə “Emmi” mükafatı qazanan Dana Eden Yunanıstanın paytaxtı Afina şəhərində hoteldə ölü tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin “KAN” dövlət televiziyası məlumat verib.

Məlumata görə, Yunanıstan hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb və mümkün cinayət ehtimalı da nəzərdən keçirilir.

Yunanıstan mətbuatında yer alan iddialara görə, serial çəkilişləri üçün Afinada səfərdə olan 52 yaşlı Edenin hoteldə ölü aşkarlanan bədəninin boyun və əl nahiyələrində şübhəli göyərmə izləri müəyyən edilib. /oxu.az/

Seçilən
15
2
nocomment.az

3Mənbələr